9 C
Baku
Sunday, November 17, 2024

Qanunsuz çörək sexi ilə bağlı tədbir görülüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında AQTA əməkdaşları Bərdə rayonu, Cəyirli kəndində fəaliyyət göstərən, fiziki şəxs Cəfərova Lülpar Məcid qızına məxsus, çörək istehsalı sexində yoxlama keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi məlum olub. Belə ki, istehsal müəssisəsində döşəmə, divar və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, tüstünün kənarlaşdırılması üçün sourucu zondların, qapı və pəncələrdə yad cisim, toz və həşəratlara qarşı qoruyucunun təchiz edilmədiyi, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam edir.

Son xəbərlər
Digər xəbərlər