2 C
Baku
Saturday, December 14, 2024

Qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgəri şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Nazirlikdən bildirilir ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər