-1 C
Baku
Saturday, December 14, 2024

Qanunsuz erməni silahlı dəstəsi Füzuli və Xocavənddəki mövqelərimizi atəşə tutub

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
Digər xəbərlər