17 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Qanunsuz fəaliyyət göstərən çörək müəssisəsinin rəhbəri məsuliyyətə cəlb edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Banker.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Musayev Namiq Xıdır oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilən yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena qaydalarına və texniki normativ hüquqi aktların tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.

Banker.az xəbər verir ki, eyni zamanda işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

Son xəbərlər
Oxşar xəbərlər