Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xaçmaz şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Məhərrəmov Zakir Sabir oğluna məxsus “Ailə market” pərakəndə satış müəssisəsində yoxlama keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı marketdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, məhsulların saxlanılması zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə, temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin gözlənilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb olunub.