10 C
Baku
Thursday, December 12, 2024

Qanunsuz işləyən alkoqolsuz içkilərin istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Daxil olan vətəndaş müraciəti əsasında Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Banker.az xəbər verir ki, baxış zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Son xəbərlər
Digər xəbərlər