20 C
Baku
Cümə, Oktyabr 22, 2021

Qanunsuz olaraq beynəlxalq pul köçürmələri ilə məşğul olan şəxs həbs edildi

faizlere

2017-ci ildən etibarən Şahüseyn Hüseynovun Bakı şəhəri ərazisində icarəyə götürdüyü ofisdə faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq pul vəsaitlərinin müəyyən faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə verilməsi üzrə xidmət göstərilməsindən ibarət sahibkarlıq fəaliyyəti göstərməsinə, xarici dövlətlərdə yaşayan şəxslərlə qabaqcadan əlbir olaraq, ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini xarici dövlətlərə və əksinə istiqamətdə göndərməsinə və bu yolla ümumilikdə xüsusilə külli miqdarda pul vəsaitini gəlir qismində əldə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

“Banker.az”a bu barədəBaş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İş üzrə Şahüseyn Hüseynovun icarəyə götürdüyü ofisdə, o cümlədən yaşayış və digər aidiyyəti ünvanlarda aparılan axtarışlar zamanı 248 min ABŞ dolları və   1.450 manat məbləğində pul əskinasları, pul vəsaitlərinin köçürülməsinə dair qara mühasibatlıq sənədləri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülmüşdür.

Hazırda Şahüseyn Hüseynovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, valyuta mübadiləsi ilə bağlı maxinasiyalarda iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər