11 C
Baku
Sunday, November 17, 2024

Qanunsuz olaraq “XIRDALAN” markasında pivə düzəldib satan sahibkar barədə iş qaldırılır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Carlsberg Azerbaijan” MMC-nin təşəbbüsü ilə ölkədə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxs Yelmar İsmayılov barəsində iş qaldırıb.

Bu barədə Banker.az-a Dövlət Xidmətindən deyilir.

22.02.2023-ci il tarixində “Carlsberg Azerbaijan” MMC-yə məxsus “XIRDALAN” əmtəə nişanından fiziki şəxs Yelmar İsmayılov tərəfindən qanunsuz istifadə edilməsi üzrə araşdırılma aparılacaq.

Yelmar İsmayılov barəsində  qeyddə, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci (əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi) və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri (əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi) aşkar edilib.

Son xəbərlər
Digər xəbərlər