13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

“Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır”

Qeyri-qanuni daşımalara qarşı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX)və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən tədbir keçirilir.

Bu barədə  DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

“Əslində məqsədimiz keçmiş reydlər formasında deyil, sadəcə insanları, hətta qeyri-qanuni daşımaları icra edənləri də məlumatlandırmaqdır ki, qanunsuz sərnişindaşıma ilə bağlı həm dövlət yol polisi, həm DANX çox ciddi, çox sərt tədbirlərə başlayır. Qanunvericiliyin tələblərininn pozulmasına qarşı yol polisinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq addımlar atılır.

Eyni zamanda fərqlənmə nişanı olmayanlara qarşı DANX tərəfindən lazımi tədbirlər görülür. Qanunsuz sərnişindaşıma ilə bağlı isə çox sərt addımlar atılacaq”, – deyə N.Allahyarova bildirib.

Son xəbərlər
Oxşar xəbərlər
X