13 C
Baku
Saturday, November 16, 2024

Qanunsuz yollarla küllü miqdarda kredit götürən şəxslərin məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Kərimov və Cavidan Hacıyevin cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin (VN) Audit İdarəsinin əməkdaşı ifadə verib.

VN-in işçisi ifadəsində bildirib ki, “Meridian Company” MMC yol vergisindən yayınıb.

Məhkəmə fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin mart ayınln 28-də Baş Prokurorluğun mətbuat xidmətinin 28 mart, 2014-cü ildə yaydığı məlumata görə, “Bank Technique” ASC-dən (“Texnikabank”) daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Rauf Kərimov özgənin külli miqdarda əmlakını ələ keçirib, dələduzluq edib. Belə ki, o, 2007-ci ildə “Meridian Company” MMC-nin direktoru işləyərkən tanışı Azər Əmiraslanovu birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarına inandırıb. Sonuncunun ona olan inamından istifadə edərək onun 1 milyon dollar pulunu alıb və özünün şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa Rauf Kərimov şəriki Cavidan Hacıyevlə əlbir olub cinayət əlaqəsinə girərək “Texnikabank” ASC-dən 25 dekabr, 2008-ci il tarixli kredit müqavilələri əsasında “Faktum”, “Bəzz” və “Sağlam Rəqabət”, o cümlədən Cavidan Hacıyevin rəhbərlik etdiyi “Transalyans” və “İnteralyans LTD” MMC-lərin adına 30 milyon manat vəsait götürüb. Həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərəncamvermə hüquqları əldə edib. Bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd alıb və aralarında 26 dekabr, 2008-ci il tarixdə bağlanmış sazişə əsasən məbləğin 13 milyonu R.Kərimovun, 12 milyonu isə C.Hacıyevin götürməsi müvafiq qaydada razılaşdırılıb.

Digər təqsirləndirilən Cavidan Hacıyev özgənin əmlakını ələ keçirmək məqsədilə Muşdabə Mövsümxaniyə məxsus Xətai rayonu, Gəncə prospekti, 27 saylı evdə yerləşən mənzili guya rəhbərlik etdiyi “İnteralyans LTD” MMC-yə girov qoymaqla ona aşağı faizlə kredit verəcəyini vəd edərək aldadıb. Həmin mənzili “Atrabank” ASC-də girov kimi rəsmiləşdirməklə “İnteralyans LTD” MMC-nin adına götürdüyü 88 min manat pulun 22200 dollarını 36 ay müddətinə qaytarmaq şərtilə Müşdəba Mövsümxaniyə verib.

M.Mövsümxanlı tərəfindən kreditin ödənilməsi üçün ona verilmiş 32200 dolları, eyni zamanda kredit müqaviləsi zamanı özünün əldə etdiyi 40 min manatı banka ödəməyərək qanunsuz sahibkarlıqla məşğul olub, zərərçəkmişə külli miqdarda ziyan vurub.

Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə “Transalyans” MMC-dən Tiflisə Həsənovaya ipoteka ilə 50 min manat məbləğində kredit verəcəyini vəd edərək aldadıb.

Həmin cəmiyyətin təsisiçisi İlyas Qılıcovla “Kredobank” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə götürdüyü 1.740.000 dolları məbləğində kreditin və ona hesablanacaq faizlərin təminatı kimi Tiflisə Həsənovaya məxsus Yasamal rayonu, Ə.Haqverdiyev küçəsindəki mənzili ipoteka müqaviləsinə əsasən banka girov qoyub, pul alıb. T.Həsənova bununla bağlı müraciət etdikdə yalandan ona kredit götürülməsinin mümkün olmadığını deyib.

Təqsirləndirilən şəxslər qanunsuz yolla ümumilikdə 45 milyon manata yaxın kredit götürüb.

Report

Son xəbərlər
Digər xəbərlər