22 C
Baku
Thursday, August 11, 2022

Qanunvericilik vətəndaşdan çox bank rəhbərlərinin xeyrinədir

Azərbaycanda müflisləşmiş banklar ilə bağlı vətəndaşlarımızın narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır.

Məsələn, Biləsuvar rayonun sakini Azad Mahmudovun müflisləşən bankların birində 10 522 dollar əmanəti, 13 800 manat isə kredit öhdəliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmiləşib.  Bank müflis olub.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir.

“Yəni, vətəndaş öz halal əmanəti ala bilmir, amma ondan kredit ödəmək tələb olunur.

Maraqlıdır ki, bank və daha doğrusu müflisləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də onu əmanəti ilə əvəzləşdirə bilmir.

Bu o deməkdir ki, vətəndaşın pulunu xərcləyən müflisləşmiş bank rəhbərliyi heç bir məsuliyyəti yoxdur, amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır. Əgər, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir. Mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərlərinin maraqalarını müdafiə etdiyindən onun dəyişdirilməsinə ehtiyac var. Buna görə də, biz təklif edirik ki, fizik şəxslərin öhdəlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13 800 manat olubsa o zaman kredit xətti bağlanmalı və vətəndaşa 4 087 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir.

Eyni zamanda bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir” deyə ekspert bildirir.

Son xəbərlər
Oxşar xəbərlər