Value&Sources şirkətinin rəhbəri, Ekspert Rəşad Əliyev Vergi Qanunvericiliyində baş verən dəyişiklilər barəsində söz açıb.
Yeni dəyişikliklərə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olacaq. Əvvəlki qaydalara görə bu məbləğ 120.000 manat təşkil edirdi. Bu ödəyicilər əvvəlki qaydalarda olduğu kimi dövrüyyədən Bakı şəhəri üzrə 4%, digər regionlar üzrə 2% sadələşdirilmiş vergi ödəyəcəklər. Bu addım dövrüyyəsindən asılı olaraq əlavə olaraq bir sıra kiçik sahibkarlıq subyektləri üçün aşağı vergiqoyma bazası ilə işləməyə şərait yaradacaq. Məsələn əvvələr sadələşdirilmiş vergi ödəyicisi qalmaq üçün ortaaylıq dövrüyyə 10 manatdan çox olmamalı idi, indisə bu 16666 manatdan çox olmamalıdır.
Yeni qaydalara əsasən həmin dövrüyyəni aşan (200.000 manatdan artıq olduqda) ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi qala biləcəklər. Ancaq bu halda dövrüyyədən ticarət fəaliyyəti üzrə — 6 %, ictimai iaşə fəaliyyəti üzrə (kafe, restoran və s.) isə — 8 % sadələşdirilmiş vergi ödəyəcəklər. Əgər həmin şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq istəməsələr onlar ƏDV ödəyicisi kimi qeydiyyata düşə bilərlər. Bu halda ƏDV ilə yanaşı hüquqi şəxs mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin ödəyicisi olacaq.
Nəticədə ölkənin vergi qanunvericiliyində ilk dəfə olaraq sahibkarlıq subyektlərinin bəziləri üçün vergiqoyma rejimini seçmək hüququ verilir. Bu seçim ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan (belə seçim hüququ bina tikintisi fəaliyyəti üzrədə verilib) sahibkarlıq subyektlərinə verilib. Seçim hüququ nə verir? Bu seçim iş adamlarına imkan verir ki, onlar özlərinə daha rahat və daha mənfəətli vergiqoyma rejimi seçsinlər. Dövlət eyni zamanda vergi ödəyicisinin əlinə vergiqoymanın optimallaşdırılması alətini verir. Yəni sənə 2 seçim verilir, hansı sənə rahatdırsa onuda seç.
Ancaq əlavə edək ki, buna oxşar seçim əvvəllərdə olub. Məsələn, əvvəlki qanunvericiliyə əsasən illik dövrüyyəsi 120000 manatdan az olan sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərdə ƏDV qeydiyyatına könüllü dura bilərdilər, ancaq dövrüyyə bir ilə 120000 manatı keçəndə artıq seçim olmurdi. Buna görədə bu müqayisə edilməzdir.
İctimai iaşə fəaliyyəti ilə məşğul olanların əksəriyyəti sadələşdirilmiş vergi rejimini seçəcək. Ticarət fəaliyyəti üzrə isə seçim bu fəaliyyətlə məşğul olan şəxslərin iş xüsusiyyətlərinə uyğun olacaq. Məsələn, malların üzərinə böyük ticarət əlavəsi edəm şəxslər sadələşdirilmiş vergi rejimini seçəcək, minimal qiymət əlavəsi ilə işləyənlər (əsasən topdansatış ticarət) isə digər rejimi seçəcəklər.