9 C
Baku
Friday, December 13, 2024

Qanunvericiliyə salınan yeni inzibati xətalara Dövlət Turizm Agentliyi baxacaq

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana görə, turizm haqqında qanunvericiliyin pozulması (İXM: 428-1-ci maddə) iş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır.

Qeyd edək ki, 27 dekabr 2021-ci il tarixdən İXM-ə bu maddə salınıb.

Həmin maddə belədir:

Maddə 428-1. Turizm haqqında qanunvericiliyin pozulması

428-1.1. Sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə –

fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

428-1.2. Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə –

iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

428-1.3. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə –

üç yüz manat məbləğində cərimə edilir.

428-1.4. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə –

iki yüz manat məbləğində cərimə edilir.

428-1.5. Bu Məcəllənin 428-1.3-cü və 428-1.4-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

beş yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər