13 C
Baku
Friday, April 19, 2024

Qarətçilər ekskavator ilə bankomatı oğurlayıb

Banker.az xəbər verir ki, Hattonda (Böyük Britaniya) videomüşahidə kameraları ekskavatorun köməkliyi ilə bankomatı oğurlayan qarətçiləri lentə alıb. Derbişir polisi cinayət hadisəsinin videosunu öz Facebook hesabında paylaşıb.

Cinayətkarlar ekskavatorun çömçəsinin köməkliyi ilə supermarketin divarını uçurdur və bankomatı avtomobilin arxasında əlavə qoşquya yükləyir. Qarətçilər ekskavatoru hadisə yerində tərk edərək gediblər.

Polisin verdiyi məlumata görə, içi boşaldılmış bankomat və atılmış qoşqu bir neçə həftə sonra tapılıb. Cinayətkarların axtarışı isə davam edir.

https://youtu.be/k71nfEoIMK4

Son xəbərlər
Digər xəbərlər