26 C
Baku
Saturday, July 27, 2024

Qar Bakı yollarına necə təsir edib?

Gecə saatlarından Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur.

Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

7c98a8c5 0bbd 40d2 ab58 4c0ab71f4b164582a864 36aa 41ed a139 eca1871cbe15d2dda190 2f3f 4dcc a3da 8eacb2e8db914710b518 0d69 4fbd a0ec bc8622b58e1c9be09cd0 15b9 4319 9414 ad70868ed169

©Report

Son xəbərlər
Digər xəbərlər