28 C
Baku
Saturday, July 27, 2024

Qara bazarda COVID-19-un mənfi nəticəsini təsdiq edən saxta arayışlar aşkarlanıb

Qara bazarda səyahət etmək istəyən insanlar üçün nəticəsi mənfi olan saxta koronavirus testlərinin satıldığı müəyyən edilib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildiyimiz kimi, COVID-19 virusunun yayılması səbəbindən bir çox ölkələr səyahətə qarşı məhdudiyyətlər qoyaraq, turistlərdən koronavirus testinin nəticələrini tələb edirlər.

“Fox News” nəşriyyatının verdiyi məlumata görə, saxtalaşdırılmış test nəticələri bir çox Avropa ölkələrində, o cümlədən Fransa, Braziliya və Böyük Britaniyada aşkar edilib. Məsələn, ötən həftə Fransanın “Şarl de Qoll” hava limanında altı kişi və bir qadın saxlanılıb. Onlar səyahətçilərə saxta koronavirus testlərini satırdılar. Qeyd edək ki, qiymətlər fərqlidir – 66 dollardan 360 dollaradək.

Oktyabr ayında isə Braziliya hakimiyyəti dörd yerli turisti həbs edib. İddiaya görə, onla Fernando de Noronha arxipelaqını ziyarət etmək üçün koronavirus testinin nəticələrini saxtalaşdırıblar.

“Lancashire Telegraph” qəzeti oktyabr ayında İngiltərədə saxta koronavirus test nəticələri barədə yazmışdır. Bildirildiyi kimi, Pakistanı ziyarət edən turist dostunun ona təqdim etdiyi test nəticələrinə dəyişiklik edərək, sənədə öz adını və doğum tarixini yazıb. Nəşriyyat ayrıca qeyd edib ki, bu xidmətin qiyməti təxminən 50 funt sterlinq (66 dollar) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər