22 C
Baku
Friday, April 19, 2024

Qara Dəniz Ticarət və İnkişaf Bankı manatda istiqrazları bu faizlə buraxır – EKSKLÜZİV

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) manatda 9,25% illik ödəniş faizi ilə istiqrazların emissiyasına başlayıb. Hər bir istiqraz nominal dəyəri 1000 manatdır.

Bu barədə Bankın maliyyə mənbələrdindən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, faizli, təminatsız olan istiqrazların ödəniş tarixi yerləşdiyi gündən 730 gün sonra realizə olunacaq.

Annotation 2019 07 17 171150Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz ətrafı ölkələrinin regional inkişafı və əməkdaşlığına dəstək məqsədi ilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştiraka fokuslanmışdır. Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən buraxılacaq istiqrazlar qısa müddətə Bakı Fond  Birjasında kütləvi təklif üsulu ilə yerləşdiriləcəkdir. Həmçinin, sözügedən təşkilat tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin Azərbaycan Respublikasında sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər