15 C
Baku
Şənbə, May 28, 2022

“Qara Dəniz Ticarət və İnkişaf Bankı”na prezident seçiləcək

Fevralın 25-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci Xüsusi Toplantısı keçiriləcək.

Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Rəhbərlər Şurasına sədrlik Azərbaycanda olduğu üçün sözügedən növbədənkənar toplantı QDTİB-nin Azərbaycan üzrə Rəhbəri qismində maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulur.

Növbədənkənar toplantının gündəliyində duran əsas məsələ isə 2022-2026-cı illər üzrə Bankın növbəti prezidentinin seçilməsidir. QDTİB-nin Rəhbərlər Şurasının növbəti — 24-cü İllik Toplantısı cari ilin iyun ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçiriləcək.

Son xəbərlər
Oxşar xəbərlər