15 C
Baku
Şənbə, May 28, 2022

Qara dənizdə Türkiyəyə məxsus gəmi atəşə tutulub

Qara dənizdə Marşal adaları bayrağı altında üzən türk gəmisinə bomba atıldığı bildirilib.

Bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, gəmi Odessadan Rumıniyaya doğru hərəkət edirmiş.

Bombanın düşməsi nəticəsində gəminin anbarı zədələnib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Bölgədən uzaqlaşan gəmi Rumıniya istiqamətində yoluna davam edib.

Gəmidə 8 türk, 11 filippin və 11 ukraynalının olduğu bildirilir.

 

 

MənbəApa.az
Son xəbərlər
Oxşar xəbərlər