9 C
Baku
Sunday, November 17, 2024

Qara dənizdə partlayıcı maddə aşkarlanıb

Qara dənizin Türkiyənin Kırklareli vilayətinin Dəmirköy rayonuna bağlı İğneada sahillərinə yaxın hissəsində mina aşkarlanıb.

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Məlumata əsasən, partlayıcı maddə Bolqarıstan sərhədinə yaxın bölgədə müəyyən edilib.

Nazirliyin məlumatına görə, minanın aşkarlandığı bölgəyə Türkiyənin Sualtı Müdafiə Qrupları göndərilib.

Həmin minaya bənzər obyekt SAS qrupları tərəfindən mühafizə olunub və onun zərərsizləşdirilməsi üçün müdaxiləyə başlanılıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər