8 C
Baku
Sunday, November 17, 2024

Qara dənizdə qaz kəmərinin tikintisi ilin sonuna qədər yekunlaşacaq

Türkiyə Qara dənizdəki təbii qaz yataqlarını quruda yerləşən hasilat sahələri ilə birləşdirəcək boru kəmərinin tikintisini 2022-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.

Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez məlumat verib.

“Qara dəniz qazını quruya nəql edəcək kəmərin tikintisi üzrə əsas işlər başa çatıb. Magistral kəmər bu ayın sonuna kimi bitəcək. Ümumilikdə üç boru çəkiləcək”, – deyə o bildirib.

Xatırladaq ki, iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın ölkə sahillərindən Qara dənizin dibində qaz kəmərinin çəkilişinə başladığını bəyan etmişdi. Bildirilib ki, xammalın dənizin dibindən daşınması üçün kəmərin uzunluğu 170 km olacaq. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Qara dənizdəki yeni yataqdan artıq 2023-cü ilin birinci rübündə təxminən 10 milyon kubmetr qaz hasil etməyi planlaşdırır. Qaz hasilatının 2026-cı ilə qədər pik həddə çatacağı gözlənilir. Türkiyə 540 milyard kubmetr qazın hasilatı və nəqli layihəsinə 10 milyard dollar sərmayə qoyacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər