25 C
Baku
Friday, April 19, 2024

“Qara qızıl”ın qiyməti yenidən ucuzlaşacağı gözlənilir

İqtisadçı alim Vüqar Bayramov insanları hər zaman düşündürən bir məsələ – neftin və dolların qiymətləri barəsində proqnoz verib.

“Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir. Bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən da aşağ düşüb. ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot stavkası ilə bağlı əvvəlki artım qərarları və eləcə də Avropa Mərkəz Bankının uçot stavkasını dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Qeyd edək ki, Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir”.

Vüqar Bayramlının dediyinə görə, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür. “Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suiya və İran ətrafında baş verənlər yüksək saxlayır”,- deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər