3 C
Baku
Saturday, March 2, 2024

Qarabağ Dirçəliş Fondunun vəsaitini idarə etmək üçün qaydaların hazırlanması PwC-yə həvalə edildi

Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxs “PraysvoterhausKupers Audit Azərbaycan” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Qarabağ Dirçəliş Fondunun vəsaitlərinin saxlanılması və idarə edilməsi haqqında” Qaydaların hazırlanması xidmətinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 43 130 AZN təşkil edir.

Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlamış PraysvoterhausKupers (PwC) Azərbaycan
respublikada xidmətlər göstərən ilk beynəlxalq şirkətlərdən biridir.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

 

Son xəbərlər
Digər xəbərlər