PwC Azərbaycan tərəfindən MHBS-ə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatına rəy verilib.
Banker.az bu barədə Fonda istinadən xəbər verir.
Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892 206 306 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9 198 829 AZN maliyyə gəliri əldə edib.