6 C
Baku
Saturday, December 14, 2024

Qarabağ Dirçəliş Fondunun 2023-cü ilin I rübü üzrə ianə gəlirləri açıqlanıb

Qarabağ Dirçəliş Fondunun (QDF) 2023-cü ilin birinci rübü ərzində 121.08 milyon manat ianə gəlir əldə edib.

Banker.az bunu QDF-in illik audit hesabatına istinad edir.

Hesabata görə, bu da illik müqayisədə ianə gəlirlərinin 2022-ci ilin ilk rübündən 30.89 mln. manat və ya 20 faiz azdır.

Qeyd edək ki, azalma 2022-ci il üzrə də baş verib. Belə ki, 2021-ci ildə fond ianələrdən 892.21 mln. manat gəlir əldə etdiyi halda, bu rəqəm 2022-ci ildə 65 faiz azalaraq 314 mln. manata düşüb.

Ötən il ərzində Fond 342.82 mln. manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

 

Son xəbərlər
Digər xəbərlər