9 C
Baku
Friday, December 13, 2024

Qarabağ Dirçəliş Fondunun bölüşdürülməmiş mənfəəti ₼1.23 milyardı ötüb

Qarabağ Dirçəliş Fondunun (QDF) ianələr üzrə gəlirlərinin 2022-ci ildə azalması onun xalis mənfəətinə təsir edib, lakin Fond işini mənfəətlə davam etdirməklə yığılmış mənfəətini bir qədər də yüksəldib.

Banker.az xəbər verir ki, audit hesabatını dünyanın 4 ən böyük (big4) audit şirkəti PwC aparıb.

Hesabata görə, Fondun ianələrdən gəliri 2022-ci ildə 314.51 mln. manat olub ki, bu da 2021-ci ildən 65% azdır. Fond 2022-ci ildə maliyyə gəlirlərindən 34.45 mln. manat vəsait əldə edib.

Fond ötən il ərzində bütün gəlir və xərclərindən sonra 342.8 mln. manat xalis mənfəət əldə edib. 2021-ci ildə ianələrin yüksək olması səbəbindən Fond 888.34 mln. xalis mənfəət əldə etmişdi.

1 yanvar 2023-cü il tarixinə Fondun bölüşdürülməmiş mənfəəti 1 mlrd. 231.16 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

q445

Son xəbərlər
Digər xəbərlər