22 C
Baku
Saturday, April 20, 2024

“Qarabağ” FK UEFA-dan gələn gəlirlər hesabına ili xalis mənfəətlə bitirib

Ağdamı təmsil edən “Qarabağ” futbol klubu 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb və ili 764 min manat xalis mənfəətlə bitirib.

Banker.az xəbər verir ki, futbol klubu ötən il gəlirləri 15 milyon 218 min 140 manat, xərcləri isə 14 milyon 378 min 960 manat təşkil edib.

Bilet və abunəlikdən 733 min 910 manat, UEFA-dan pul mükafatı kimi 12 milyon 183 min 90 manat, teleyayımdan 414 min 240 manat gəlib, digər gəlirlər isə 1 milyon 886 min 900 manat olub.

İnzibati işçilər və futbolçulara (əmək haqqı ödənişi və s. mükafatlandırma) 8 milyon 250 min 880 manat, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 491 min 60 manat, gənclər futbolunun inkişafına 916 min 270 manat, digər xərclərə 4 milyon 720 min 750 manat sərf olunub.

Hesabatda klubun cari və cəmi öhdəlikləri 6 milyon 823 min 490 manat, cəmi kapitalı 17 milyon 950 min 110manat, cəmi aktivləri isə 24 milyon 773min 600 manat göstərilib. 

BF737045 9BF9 4AF7 8168 61A7F2639FB9

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər