17 C
Baku
Sunday, May 26, 2024

“Qarabağ” futbol klubu ötən il 30 milyon manatlıq gəlir əldə edib

Azərbaycanda cari mövsümdə də daxil 10-cu dəfə çempion olan “Qarabağ” futbol klubu və ya hüquqi adı ilə “Qarabağ Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti gəlirlərini kəskin artırması hesabına xərcləri qarşılamaqla yanaşı 3 milyon 305.2 min manat xalis mənfəət əldə edib.

Banker.az futbol klubunun audit edilməmiş maliyyə hesabatına istinad edir.

Klubun hesabatına görə, onun cəmi əməliyyat gəlirləri 30 milyon 0.3 min manat olmaqla 2021-ci ili 84 faiz üstələyib.

Klubun gəlirlərdəki bu qədər kəskin yüksəlişə nümayiş hüququndan daxilolmaların 2021-ci ildə 15 mln. 916.1 mln. manat olduğu halda, 2022-ci ildə 25 mln. 427.9 min manata yüksəlməsidir. Klubun bilet satışından gəlirləri 1 mln. 405.5 min manat olub, lakin 2021-ci ildə bu rəqəm tərtib edilməyib ki müqayisə edilə bilsin.

“Qarabağ” FK ötən il 14 milyon 585.8 min manat (2021: 11 mln. 450.6 min manat) əməkhaqqı və mükafatlara xərc çəkib. Cəmi əməliyyat xərcləri 26 mln. 584.2 min manat (19 mln. 804.2 min manat) olub.

Beləliklə, mənfəət gəlirindən 110.9 min manat vergi xərci ödəməsindən sonra ili 3 milyon 305.2 min manat xalis mənfəət edib. 2021-ci ildə 3 mln. 568 min manat zərər idi.

a1

Son xəbərlər
 ⁠
Digər xəbərlər