Azərbaycanda 2013-cü ildən bu tərəfə demək olar ki, çempionluğu heç kimlə bğlüşməyən “Qarabağ” futbol klubu keçən ili əməkhaqqı və mükafatlar xərclərinin yüksək qalması hesabına zərər edib.
Banker.az xəbər verir ki, Ağdam klubu 2024-cü ildə 34.75 mln. manat cəmi əməliyyat gəliri əldə edib və bu da 2023-cü ildəki 30.83 mln. manatı 13 faiz üstələyib. Qarabağ kulubunun gəlirlərinin əsasını təşkil edən nümayiş hüquqlarından daxil olma 28.15 mln. manat olub.
Futbol klubu keçən il 35.61 mln. manatlıq əməliyyat xərcləri çəkməklə illik müqayisədə illik 11 faiz artırmış olub.
Beləliklə, keçən ili 877 min manat zərər edib. 2023-cü ildəki zərərin həcmi 1.782 mln. manat idi.