“Qarabağ”-“Kopenhagen” oyunu üçün bilet qiymətləri

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri bu gündən satışdadır.

Oktybarın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq oyunun bilet qiymətləri 5-500 manat arasında dəyişir.

Standart biletlərin qiyməti: 5, 10, 30, 40, 50, 75 AZN

VIP sektorlar: 150, 200, 250 AZN

VVIP sektorlar: 500 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.