Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avanqard-İnşaat Mənzil Tikinti Kooperativi və Fiziki Şəxs Əlisoy Natiq Hüseyn oğlu ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, hər iki müqavilədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulur.
Avanqard-İnşaat Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqavilənin dəyəri 1 649 160 manat, Fiziki Şəxs Əlisoy Natiq Hüseyn oğlu ilə bağlanmış müqavilənin dəyəri isə 3 291 150 manatdır.