21 C
Baku
Friday, April 26, 2024

“Qarabağ”-“Sevilya” matçının biletlərinin satış qiymətləri bəlli olub

“Qarabağ” – “Sevilya” oyununa biletlər bu gündən satışa çıxarılır. Banker.az-ın xəbərinə görə, bu barədə “Qarabağ” futbol klubunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Satışa çıxarılan biletlərin qiyməti 5 -50 manat arası dəyişir. Futbolsevərlər bu oyuna biletləri onlayn şəkildə iticket.az saytı vasitəsi ilə də əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, Azərbaycanın Avropa liqasındakı təmsilçisi “Qarabağ” qrup mərhələsinin 1-ci turunda İspaniyanın “Sevilya” klubunu qəbul edəcək. Qurban Qurbanovun yetirmələri qrupun favoriti ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

Qeyd edək ki, azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də start götürəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər