“Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyəti bildirir ki, Cəmiyyətin nizamnamə kapitalı 3.919.945 manat məbləğində azaldılaraq 5.052.442 manat müəyyən edilib.
Banker.az xəbər verir ki, bu barədə “Qarabağ Taxıl” MMC-nin bütün debitor və kreditorları məlumatlandırılır.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, kreditorlar nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.
Xatırladaq ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Vüqar Baloğlanovdur.







