“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1.4 milyon manat azaldıldı

“Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 1.414.000 manat məbləğində azaldılaraq 3.638.442 manat müəyyən edilmişdir.

Bu barədə “Qarabağ Taxıl” MMC-nin bütün debitor və kreditorları məlumatlandırılır.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, kreditorlar nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.

Xatırladaq ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Vüqar Baloğlanovdur.

Son xəbərlər
Digər xəbərlər