9 C
Baku
Friday, December 13, 2024

Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq

Qarabağ Universitetində tədrisin hansı dillər üzrə aparılacağına aydınlıq gətirilib.

Sorğuya cavab olaraq universitetdən bildirilib ki, bu il tədris Azərbaycan və ingilis dilində aparılacaq,rus bölməsi üzrə qəbul isə yoxdur:

Həmçinin qeyd edilib ki, ingilis bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris ingilis dilində aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər