13 C
Baku
Monday, March 10, 2025

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib.
S.Babayev iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.

Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib, müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər