Qarabağ Universitetinin maddi-texniki bazasının gücləndirilməsinə 7.3 milyon manat ayrılıb

Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Qarabağ Universiteti üçün elan etdiyi irihəcmli satınalma tenderinə yekun vurub.

Banker.az rəsmi dövlət satınalmaları portalına istinadən xəbər verir ki, “Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi işləri” üzrə keçirilən müsabiqənin qalibi “Texno Lyuks M” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Müqavilənin ümumi dəyəri 7 290 052 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər