Qarabağ Universitetində yeni fakültə binaları üçün layihə-smeta sənədləri hazırlanacaq.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Qarabağ Universitetinin Təbiət Elmləri, Sosial və Humanitar Elmləri və Hüquq fakültələrinin binalarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlər həyata keçiriləcək.
Bu çərçivədə görüləcək işlərin icrası “Design Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Layihə-smeta sənədlərinin hazırlanması üçün nəzərdə tutulan məbləğ 1 milyon 356 min manat təşkil edir.








