9 C
Baku
Friday, December 27, 2024

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Bu ilin 1 oktyabr tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 005 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 386 fərdi sahibkar fəaliyyət göstərib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 875, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 188 (ümumi saya görə, 1,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda 52 (ümumi saya görə, 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22 (ümumi saya görə, 0,6%) olub. Ötən ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 0,7%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,6%) iri sahibkarlıq subyekti qeydə alınıb.

1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 87 510 (ümumi saya görə, 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 876 (ümumi saya görə, 0,4%) fərdi sahibkar fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər