17 C
Baku
Friday, May 24, 2024

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara güzəştli kreditlər hansı şərtlərlə veriləcək?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 5 milyon manat ola bilər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.

“Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Onların təxminən 90%-i üçün dövlət zəmanəti tətbiq edilir. Həmçinin kreditlər üçün maksimim 3 il olmaqla güzəşt müddəti müəyyən edilir. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamalıdır. İllik faiz dərəcəsi maksimum 15% olan bu kreditlərin 10%-lik hissəsi subsidiyalaşdırılacaq”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər