13 C
Baku
Friday, November 22, 2024

Qarabağ və Şərqi Zəngəzurda “ASAN Xidmət” mərkəzləri fəaliyyət göstərəcək

“Erməni vandalizmi göz önündədir. Demək olar ki, şəhər və kəndlərimizi yox ediblər. Bu gün cənab Prezidentin rəhbərliyi ilə orada çox ciddi infrastruktur layihələri icra edilir, şəhərlər, kəndlər, qəsəbələr yenidən salınır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“İnfrastruktur problemi tam həll olunduqdan sonra ayrı-ayrı rayonlarımızda, həm Qarabağ, həm də Şərqi Zəngəzur regionunda “ASAN Xidmət” mərkəzləri fəaliyyət göstərəcək” – o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər