12 C
Baku
Sunday, November 17, 2024

Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətləri üçün 2 520 müraciət daxil olub

Bu ilin noyabrın 1-nə olan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 2 520-dən çox müraciət daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda yayımlanan “İslahat icmalı”nda qeyd olunub.

Müraciət edənlərdən 503-ü xarici, 2 017-si yerli şəxslərdir. Müraciətlərin 1 479-u investisiya layihələri ilə bağlı olub, onların 4 %-i xarici, 96 %-i isə yerli investorlar tərəfindən təqdim edilib.

İnvestisiya layihələrinin 56 %-i ticarət və xidmət, 8 %-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət, 17 %-i sənaye, 19 %-i isə kənd təsərrüfatı sahələrini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər