8 C
Baku
Friday, December 13, 2024

Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarına investisiyalar $113.5 milyon həcmində qiymətləndirilir

Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazilərində müəssisələrin yaradılmasına sərmayələr ümumilikdə 193 milyon manat ($113.5 milyon) həcmində qiymətləndirilir.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İnvestisiya və iqtisadi təhlil şöbəsinin müdiri Emil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Ağdam Sənaye Parkının rezidentlərinin sayı 17, qeyri-rezidentlərin – 5-ə çatıb.

“Bu investorlar tərəfindən Sənaye Parkına 161 milyon manatdan çox investisiyanın yatırılması, 1.4 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının, boru və qutu profillərin, alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, müxtəlif növ dəmir məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların və s. istehsalı müəssisələri inşa ediləcək”, – Hacıyev deyib.

Həmçinin, o məlumat verib ki, hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb, 1 qeyri-rezidenti var.

Hacıyevin sözlərinə görə,investorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32 milyon manatdan çox investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması planlaşdırılır.

2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır.

Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək.

Son xəbərlər
Digər xəbərlər