3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Qarabağa həsr olunan avro buraxılıb – FOTO

Suvenir avro banknotları “Shusha Fortress” layihəsi adı altında Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunub. Sıfır avro nominalında olan suvenir banknotların buraxılmasında əsas məqsəd 44 günlük zəfər tariximizin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi, işğaldan azad edilmiş əzəli torpaqlarımızın tarixinin, milli, mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. 

Banker.az xəbər verir ki, “Shusha Fortress” layihəsinin ideya müəllifləri Balamirzə Cavadov, Şamil Mustafayev, PR və Kommunikasiya rəhbəri Xəyal Azəroğlu, dizayneri isə Rəhim İsmayılovdur.

Xatirə avro nişanının dizayn mövzusu Qarabağın tarixi abidələrinə, flora və faunasına həsr olunmuş, üz tərəfində Şuşa qalası, Qarabağ atı və Xarıbülbül gülü təsvirləri, arxa tərəfində isə Xudavəng monastırı, Cümə məscidi, eyni zamanda Xudafərin körpüsü əks olunub. Sıfır nominallı suvenir avro banknotları yüksək keyfiyyətli xüsusi kağız materialından məhdud sayda çap olunub və dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdədir. Sözügedən suvenir əsginaslar Avropa Mərkəzi Bankının rəsmi dəzgahlarında çap olunur və əmtəə nişanı kimi qeydiyyata alınır.

susa 65

Son xəbərlər
Oxşar xəbərlər