27 C
Baku
Wednesday, July 24, 2024

Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.

Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam – Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.

Qeyd edək ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı. Lakin göründüyü kimi, məsələ Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq, Azərbaycanın istədiyi kimi öz həllini tapdı. Azərbaycanın prinsipial mövqeyi yenidən təmin olundu. Heç şübhəsiz bundan istifadə edib Azərbaycanı tənqid edən ABŞ və Qərb siyasi dairələri görəsən həmin “tənqidlərə” görə utanırlarmı?

Son xəbərlər
Digər xəbərlər