7 C
Baku
Sunday, December 15, 2024

Qarabağda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 illik iş icazəsi veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsi 1 il müddətində verilə, onun müddəti isə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə gələn ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər