Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.
Bu barədə Milli Məclisin keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.
“Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 milyon manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, eyni zamanda 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır”, – deyə Baş nazir vurğulayıb.