Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 2023-2024-cü təsərrüfat ili üçün 81.6 min hektar əkin sahəsi üzrə qısamüddətli icarə müqavilələri bağlanılıb.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
2022-2023-cü illərdə təsərrüfat ilində icarəyə verilmiş 68.5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün həmin müqavilələrə xitam verilib.