Qarabağda günəş elektrik stansiyası tikiləcək – Müqavilə imzalanıb

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.

Banker.az bu barədə Nazirliyə istinadən məlumat verir ki, bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.

Nazir bildirib ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa  xarici sərmayənin gətirilməsini təmin edəcək.”


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.