İşğaldan azad olunmuş ərazilərdə toplam əkinə yararlı torpaqların həcmi 160 min hektara yaxındır.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, bu kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən edilib. Əkin aparılacaq sahələrin həcmi isə iqlim, torpağın münbitliyi və digər amillərdən asılı olacaq.